Nəqliyyat
Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
Ötən gün gecə saatlarından etibarən bölgələrdə qar yağması müşahidə olunur.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, yağan qar səbəbindən günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Qar örtüyünün qalınlaşması və yolun sürüşkən olması səbəbindən xüsusilə sərt döngəli və enişli hissələrdə bir neçə avtomobil yolda qalıb, bəzi nəqliyyat vasitələri isə yoldan çıxıb. Hadisələr nəticəsində ölən və xəsarət alan olmasa da, müxtəlif yol-nəqliyyat qəzaları qeydə alınıb.
Mövcud vəziyyətlə əlaqədar olaraq, hər iki istiqamətdə gediş-gəliş bir müddət xeyli çətinləşib. Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə gücləndirilmiş rejimdə xidmət aparır, sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə tövsiyələr verilir.
Eyni zamanda, yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Qarlı və buz bağlamış yol sahələrinə duz-qum qarışığı səpilir, hərəkətin normal bərpası üçün zəruri tədbirlər görülür. Hazırda yolun açıq saxlanılması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)


















