Nəqliyyat
"BakuBus" avtobuslarının katalizatorları OĞURLANDI
"BakuBus" şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.
Publika.az "Teleqraf"a istinadla xəbər verir ki, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.
Məlum olub ki, "BakuBus"ın Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı "Iveco" markalı avtobusların katalizatorları oğurlanıb.
Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində "BakuBus"a xeyli miqdarda ziyan dəyib.
Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.
Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq "BakuBus" tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.
Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.
Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



















.jpg)







.jpg)








