Nəqliyyat
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.
Bu barədə Publika.az-a qurumdan bildirilib.
Görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti təhvil-təslimi üzrə yekun aktın imzalanması və bu xətlə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.
Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
















.jpg)

















.jpg)

