Nəqliyyat
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı - FOTO
29 yanvar tarixində Tbilisidə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Müqavilələrdən biri Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadəni, digəri isə Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsini nəzərdə tutur.
İmzalanma mərasimində bildirilib ki, yeni razılaşmalar Orta Dəhlizin mühüm seqmenti olan BTQ üzrə əməliyyatların daha səmərəli təşkilinə və yükdaşıma həcmlərinin artırılmasına imkan verəcək.
Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.
“BTKI Railways” MMC 2024-cü il avqustun 13-də yaradılıb. Birgə müəssisənin fəaliyyəti BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılması kimi istiqamətləri əhatə edir.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi



















.jpg)







.jpg)








