Nəqliyyat
Taksi buraxılış kartı dəyişdirilə bilər? - RƏSMİ
Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyətinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudları daxilində icazə verilir. Yəni Sumqayıt və ya Bakı üzrə sifarişləri yalnız həmin şəhər üçün qüvvədə olan buraxılış kartı əsasında yerinə yetirmək mümkündür. Bəs taksi sürücüləri buraxılış kartında göstərilən ərazini dəyişdirə və ya onu genişləndirə bilərlər? Məsələn, eyni zamanda həm Bakı, həm də Sumqayıt ərazisində fəaliyyət göstərmək mümkündür?
Publika.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirdiyinə görə, sadəcə bir buraxılış kartı olur və onu dəyişdirmək, yaxud genişləndirmək mümkün deyil:
“Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub”.
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
















.jpg)

















.jpg)

