Nəqliyyat
“BakuBus”un sürücüsü mərsiyə səsləndirdi - VİDEO
Bu gün səhər saatlarında paytaxtda fəaliyyət göstərən “BakuBus”a məxsus 2 nömrəli marşrut avtobusunda qeyri-adi vəziyyət yaşanıb. Avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə mərsiyə səsləndirib.
Publika.az "Bizim.Media"ya istinadən xəbər verir ki, dini məzmunlu ifa yüksək səslə olmasa da, avtobusa minən sərnişinlərin əksəriyyəti tərəfindən aydın şəkildə eşidilib. Hadisə bəzi sərnişinlərin diqqətini çəkib və ictimai nəqliyyatda dini məzmunun səsləndirilməsinin uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
Qeyd edək ki, ictimai nəqliyyat fərqli dünyagörüşə malik insanların istifadə etdiyi məkandır və bu səbəbdən belə məkanlarda neytral mühitin qorunması vacibdir. Avtobus sürücüsü xidməti vəzifədədir və onun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməkdir, şəxsi dini hisslərini paylaşmaq yox...
Bu səbəbdən sürücü tərəfindən dini məzmunun səsləndirilməsi neytral mühit prinsipinə uyğun sayılmır.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu göndərilib.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








