Nəqliyyat
Daha bir hava əlaqəsi müqaviləsinin ləğvinə başlanıldı - Nə baş verir?
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava əlaqəsi haqqında müqavilənin ləğvi prosesinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Əlcəzairin "Algérie Presse Service" xəbər agentliyi məlumat yayıb.
Dərc olunmuş məlumatlara əsasən, Əlcəzair 13 may 2013-cü ildə Əbu-Dabidə imzalanmış və 30 dekabr 2014-cü ildə prezident fərmanı ilə təsdiq edilmiş hava nəqliyyatı haqqında sazişin fəaliyyətinin dayandırılması üçün zəruri addımlar atıb.
Agentlik bildirir ki, sazişin şərtlərinə uyğun olaraq, Əlcəzair tərəfi müqavilənin ləğvi barədə BƏƏ-ni diplomatik kanallar vasitəsilə məlumatlandıracaq, həmçinin zəruri rəsmiyyətlərin yerinə yetirilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının baş katibinə bildiriş göndərəcək. Qərarın konkret səbəbləri agentlik tərəfindən qeyd olunmayıb. Hazırda Əlcəzair və Dubay arasında gündəlik birbaşa uçuşlar həyata keçirilir.
Qeyd olunur ki, son illər ərzində Əlcəzair həm ölkə daxilində, həm də regionda vəziyyəti qeyri-sabitləşdirən hərəkətlərə dəstək verdiyi üçün dəfələrlə BƏƏ-yə qarşı ittihamlar səsləndirib. Xüsusilə, Əlcəzair BƏƏ-nin Sahel regionu ölkələrindəki bəzi qruplaşmalara maliyyə və siyasi dəstək göstərdiyini iddia edib.
Hüseyn İbadlı
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı


































.jpg)

