Nəqliyyat
Piyada keçidi, yoxsa ölüm zolağı? - Video
Hər il piyadavurmalarla bağlı çoxsaylı yol-nəqliyyat hadisələrinin şahidi oluruq.
Publika.az xəbər verir ki, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu məhz piyadavurmalar təşkil edir. Bu hadisələrin səbəbləri araşdırılır və onların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Bəs piyadavurma hadisələrində təqsirkar kimdir?
Son dövrlər respublika ərazisində, xüsusilə də paytaxtda eyni səviyyəli, nizamlanmayan piyada keçidlərinə nəzarət gücləndirilib. Əvvəllər bu nəzarət əsasən polis əməkdaşları tərəfindən həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib.
Artıq bütün istiqamətlər üzrə quraşdırılmış texniki vasitələr 24 saat fasiləsiz müşahidə aparır. Məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etmək və baş verə biləcək qəzaların qarşısını almaqdır. Lakin təəssüf ki, bu qaydalara məhəl qoymayan sürücülər də az deyil. Belə hallara paytaxtın bir çox ərazilərində rast gəlinir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov İctimai TV-yə açıqlamasında bildirib ki, paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarında bu cür hallara tez-tez rast gəlinir:
"Kameraların olmadığı piyada keçidlərində sürücülər yol hərəkəti qaydalarını pozaraq insanlar üçün ciddi təhlükə yaradırlar".
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
-
Rəsmi xronika14:02Azərbaycanda yeni qanun hazırlanacaq
-
Dünya13:00ABŞ “A” planına qayıdır - İranla genişmiqyaslı müharibə başlayır
-
MDB12:30Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yenə də vuruldu
-
Dünya12:06Mamdani Netanyahunu hədələdi: Nyu-Yorka gəlsə, həbs edəcəyik
-
Səhiyyə11:42Sertifikatsız həkim işlədən klinika cərimələndi
-
Elm və təhsil11:00Aytən Rəhimliyə yeni vəzifə verildi






































