Nəqliyyat
Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları müzakirə olundu
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.
ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.
Tərəflər yükdaşımaların həcminin artırılması, logistika proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








