Nəqliyyat
ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında oldu
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub.
Publika.az xəbər verir ki, limanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib.
Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib. Xəzər dənizi – Qara dəniz bağlantısının genişləndirilməsinin Orta Dəhliz üzrə daşımaların həcminin və əməliyyatların səmərəliliyinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Limanların Avrasiya Nəqliyyat Marşrutu üzrə koordinasiyalı fəaliyyətinin Orta Dəhlizlə səmərəli, sürətli və təhlükəsiz yükdaşımaların təmin edilməsi baxımından vacibliyi bildirilib.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








