Nəqliyyat
ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri aparsa və infrastrukturda yenilənmələr həyata keçirsə də, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas amillərdən biri olaraq qalır.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində diqqətsizlik, tələskənlik və qaydalara laqeyd yanaşma nəticəsində ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama edib. 18 halda toqquşma qaçılmaz olub. Bundan başqa, nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.
Bu hadisələr tələfat və xəsarətlərlə yanaşı, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə səbəb olur.
ADY vətəndaşları dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, yalnız rəsmi keçidlərdən istifadə etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








