Nəqliyyat
Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
Türkiyədə yol hərəkəti qaydaları sərtləşdirilib.
Publika.az xəbər verir ki, yeni qaydalar "Resmi Qazete"də dərc edilib.
Bildirilib ki, yeni qaydalara əsasən, sürət həddini aşan, digər nəqliyyat vasitələrini təqib edən, polisin dayanma xəbərdarlıqlarına tabe olmayan, təcili yardım maşınlarına yol verməyən, digər nəqliyyat vasitələrinin qarşısına çıxan və spirtli içki və ya narkotik təsiri altında avtomobil idarə edən sürücülərin sürücülük vəsiqələri əllərindən alınacaq.
Bundan əlavə, avtomobil idarə edərkən mobil telefondan istifadə edən sürücülərin sürücülük vəsiqələri də müəyyən müddətə götürüləcək.
Yaşayış məntəqələrində sürət həddini 46-55 km/saatdan çox aşan sürücülərin sürücülük vəsiqələri 30 gün, 56-65 km/saatdan çox olanların 60 gün, 66 km/saatdan çox olanların isə 90 gün müddətinə ləğv ediləcək.
Qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanı olmadan sürücülük edənlərə, saxta nişanlarından istifadə edənlərə, həmçinin qeydiyyat nişanlarını qəsdən oxunmaz hala gətirənlərə də müəyyən cərimələr tətbiq olunacaq.
Roza
-
Sosial23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

















.png)

.jpg)
















