Nəqliyyat
Azyaşlının maşın sürməyi təhlükə yaratdı: Polis araşdırmalara başladı - Video
Binəqədidə azyaşlının avtomobil idarə etməsi ilə bağlı görüntülər yayılıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, görüntüləri təqdim edən şəxsin bildirdiyinə görə, demək olar, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər. Onlar da yolda təhlükəli vəziyyət yaradırlar.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, görüntülərlə bağlı araşdırma aparılır.
İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir:
“Qəti şəkildə bildiririk ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi qətiyyən yolverilməzdir. Bu kimi hallar həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhdid təşkil edir”.
BDYPİ valideynləri və nəqliyyat vasitəsi sahiblərini daha məsuliyyətli olmağa çağırıb. Vurgulanıb ki, uşaqların nəzarətsiz qalmasına, sükan arxasına əyləşməsinə və ya avtomobilə müdaxilə etməsinə şərait yaradan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu kimi halların qarşısı dərhal alınmalı, azyaşlılar üzərində nəzarət təmin edilməlidir.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək















.jpg)





.jpg)


















