Nəqliyyat
Paytaxt yollarında təmir işləri başlayır - SİYAHI
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
- Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);
- Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, "Koroğlu" metro stansiyası istiqamətində, hissə-hissə);
- Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);
- Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);
- Bakı Dairəvi yoldan "Meyvəli Ticarət Mərkəzi"nə gedən yol.
- İşlərin icra tarixi və müddəti:
- 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək.
Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)



.jpg)















