Nəqliyyat
Metro qatarlarının sabahkı hərəkət qrafiki dəyişdirilir
Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.
Bu barədə Publika.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Qısaqapanma nəticəsində tüstülənmə müşahidə edildiyi və bununla əlaqədar operativ şəkildə təxirəsalınmaz tənzimləmə tədbirləri icra olunduğu diqqətə çatdırılıb:
"İlkin araşdırmanın nəticəsi olaraq saat 15:00-da Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilməklə müvafiq texniki tədbilərin icrası barədə qərarlar qəbul olunub. Operativ tədbirlər planına uyğun qısaqapanma baş vermiş kabel xəttində təhlükəsizlik qaydaları qorunmaqla texniki işlərin icrasına başlanılıb. Həmçinin hadisənin təkrarlanması ehtimalının da qarşısının alınmasına xidmət edəcək əlavə tədbirlər görülür".
Qeyd olunub ki, bu məqsədlə hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizliyin, habelə digər texniki dəstək tədbirlərinin gücləndirilməsi işləri aparılır. Həmçinin texniki insidentin detallı təhlillərinin davam etdirilməsi təmin olunacaq.
"Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi və qeyd olunan tədbirlərin tam təhlükəsiz başa çatdırılması məqsədilə aprel ayının 22-si günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur. Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar üzr istəyir, yaranmış vəziyyətə anlayışla reaksiya göstərdikləri üçün təşəkkür edirik", - məlumatda vurğulanıb.
O da bildirilib ki, texniki araşdırmalar və təhlillərin nəticələri, görüləcək işlər və digər məsələlər barədə ictimaiyyətə operativ məlumatlar təqdim ediləcək.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar

















.jpg)

.jpg)


.jpg)
















