Nəqliyyat
Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, 85 nömrəli marşrut xətti üzrə hərəkət edən sürücülərin sözlərinə görə, yolun sol tərəfində qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlayırlar. Bu isə yolun daralmasına və günün istənilən saatında süni sıxlığın yaranmasına səbəb olur.
Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini "parklanma yeri" kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)


.jpg)
















