Nəqliyyat
Bakı WUF13-ə hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar
Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
Publika.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Metro və avtobuslarda ödəniş üçün "BakıKart", dəmir yolu səfərləri üçün isə "ADY kart" istifadə edilir", - məlumatda bildirilib və əlavə edilib ki, ödənişlər həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər.
"WUF13 məkanına ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək, Abşeron dairəvi dəmiryol xətti üzrə qatarlar isə 06:30-dan 23:00-dək fəaliyyət göstərir. H1 hava limanı ekspress marşrutu hava limanı ilə şəhər mərkəzi arasında 24 saat nəqliyyat əlaqəsi təmin edir və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən keçir.
Şəhər üzrə səfərlərinizi daha rahat planlaşdırmaq üçün "BakıKart", "ADY" və AYNA "MaaS" mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Tətbiqlər marşrut seçimləri, yaxın dayanacaqlar, real vaxt izləmə, balansın artırılması və ekoloji baxımdan daha uyğun səyahət imkanları barədə məlumat təqdim edir.
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur. Bununla yanaşı, Bakı şəhərində taksi xidmətləri və təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları iştirakçılar üçün əlavə hərəkət imkanları yaradır", - paylaşımda vurğulanıb.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.
WUF13 iştirakçıları üçün ictimai nəqliyyat haqqında məlumat
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) May 2, 2026
Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur. Metro və avtobuslarda ödəniş üçün “BakıKart”, dəmir yolu… pic.twitter.com/KOe6RBXwaJ
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















