Nəqliyyat
Bakı sakinlərinə şad xəbər - 22 il sonra ilk yaşanır
“Bakı Metropoliteni” QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb. O bildirib ki, tramvayların Bakıda fəaliyyət göstərməsi nəzərdə tutulsa da, layihə bütün paytaxtı əhatə etməyəcək
“Müəyyən ərazilər var. Məsələn, Bayıl, “Sea Breeze” ərazisi, Məmmədli qəsəbəsi, Sabunçu və digər istiqamətlərdə tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Layihələrin bir qismi artıq müzakirə olunub, bəziləri təsdiqlənib, digərləri isə hələ araşdırma mərhələsindədir. Tammiqyaslı işlərə, yəqin ki, gələn ildən başlanılacaq”.
E.Muradlının sözlərinə görə, tramvay xətlərinin çəkilməsi metro tikintisi qədər mürəkkəb proses deyil:
“Bu səbəbdən layihənin icrası çox da uzun vaxt aparmayacaq. Təbii ki, sistemi “Bakı Metropoliteni” idarə edəcək. Tramvayın tıxac probleminə nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Amma ictimai nəqliyyatda alternativlərin artması tıxacların azalmasına səbəb ola bilər. Çünki insanlar rahat və əlverişli ictimai nəqliyyat olduqda şəxsi avtomobillərdən daha az istifadə edirlər”.
Qeyd edək ki, Bakıda tramvay 2004-cü ildə ləğv edilib.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?














.jpg)









.jpg)















