Nəqliyyat
Bakı metrosunda yenilik: sərnişinlər bunu əvvəlcədən görə biləcəklər
Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb.
Publika.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur.
"Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















