Nəqliyyat
ADY-nin yeni hədəfi: gündəlik 200 min sərnişin... - Video
Dəmir yolu ilə sərnişindaşıma xidməti gündəlik 200 minə qədər sərnişin üçün əlçatan olacaq.
Publika.az xəbər verir ki, bunu ADY sədri Rövşən Rüstəmov Real TV və Azərtac-a müsahibəsində deyib.
Həmçinin şəhərətrafı sərnişindaşıma coğrafiyasının genişləndirilməsi üçün Abşeron dairəvi marşrutu boyunca stansiyaların sayı 40-a çatdırılacaq.
"Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi. Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq", - Rövşən Rüstəmov bildirib.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















