Nəqliyyat
AZAL: Yayılan görüntülər həqiqəti əks etdirmir
Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir.
Bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.
"Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.
Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir", - məlumatda qeyd olunub.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ





















.jpg)















