Nəqliyyat
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
Azərbaycan və Dünya Bankı arasında M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rolu vurğulanıb.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub. Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
S.Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib. O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətinə toxunaraq "AZURE" layihəsinin Azərbaycanın yaşıl enerji keçidi strategiyasında xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin milli elektrik ötürücü şəbəkəsinə inteqrasiyası, elektrik ötürücü infrastrukturunun genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.
Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Regional bağlantı və inkişaf" layihəsinə toxunan S.Babayev Salyan–Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılmasının regional bağlantıların gücləndirilməsi və logistika infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Öz növbəsində R.Prays Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Dünya Bankının WUF13-də iştirakının dayanıqlı şəhərsalma və infrastruktur inkişafı sahəsində tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tərəflər həmçinin gələcək strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan və Dünya Bankı arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı

















.jpg)


















