Nəqliyyat
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
Cari İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvəyə minib. Həmin vaxt balla qiymətləndirilən inzibati xətaların sayı 14 idi və ümumi bal sistemi 54 baldan ibarət idi.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Kamal Cəfərov məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ildə sürücülər sistemdə mövcud olan bütün balların təxminən 37 faizini - yəni 20 balı topladıqda sürücülük hüququnu 6 aylıq itirirdilər. Bu mexanizm o dövrün şərtlərinə uyğun şəkildə tənzimlənmişdi:
"Lakin son 10 il ərzində yol hərəkəti qaydalarında və mikromobillik sahəsində aparılan dəyişikliklər nəticəsində həm pozuntuların sayı, həm də balla qiymətləndirilən inzibati xətaların miqyası artıb. Belə ki, bu dövrdə balla ölçülən xətaların sayı 14-dən 27-yə, ümumi bal isə 54-dən 91-ə yüksəlib. Bu da deməyə əsas verir ki, sürücülərin risk zonası və məsuliyyət dairəsi genişlənib, amma cəza limiti olduğu kimi qalıb.
Hazırkı vəziyyətdə isə sürücülər sistemdəki ümumi balların cəmi 22 faizini toplamaqla sürücülük hüququnu itirirlər. Halbuki 2016-cı ildə bu göstərici 37 faiz idi".
Deputat qeyd edib ki, əvvəlki 37 faizlik nisbətin qorunması üçün riyazi baxımdan limitin 34 bala qaldırılması lazım gələrdi. Bununla belə, cəzanın çəkindirici təsirini və mütənasibliyi saxlamaq məqsədilə daha ehtiyatlı yanaşma təklif edilir: 20 ballıq limitin 30 bala qaldırılması və ya aşağı riskli, infrastruktur xarakterli pozuntulara görə yalnız cərimə tətbiq olunması. Onun sözlərinə görə, bir çox ölkələrdə də oxşar yanaşmalar mövcuddur. (Milli.az)
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















