Nəqliyyat
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
1 iyul 2026-cı il tarixindən etibarən Türkiyədə yol hərəkəti sığortası sistemində mühüm dəyişikliklər qüvvəyə minir.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, qəzalardan sonra yaranan dəyər itkisi kompensasiyası üçün əlavə müraciət tələbi ləğv edilir, proses tam avtomatlaşdırılır.
Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumu (SEDDK) tərəfindən hazırlanan tənzimləməyə görə, qəza sonrası avtomobillərin dəyər itkisi ekspertlər tərəfindən birbaşa sistem üzərindən hesablanacaq və avtomatik ödəniləcək. Sürücülərin ayrıca sığorta şirkətlərinə müraciət etməsinə ehtiyac qalmayacaq.
Yeni sistemdə ekspertlər avtomobilin marka, model, istehsal ili və əvvəlki zədələrini nəzərə alaraq qiymətləndirmə aparacaq. Bu, həm prosesin sürətlənməsinə, həm də şəffaflığın artmasına xidmət edəcək.
Eyni zamanda, təmir işlərində orijinal ehtiyat hissələrinin istifadəsi məcburi olacaq. Sığorta şirkətləri hesablanan kompensasiya məbləğlərini “e-Devlet” və SMS vasitəsilə dərhal vətəndaşlara bildirəcək.
Qeyd olunub ki, yeni qaydaların məqsədi sürücülərin hüquqlarını daha effektiv qorumaq və sığorta proseslərini daha şəffaf və operativ hala gətirməkdir.
Müəllif: Roza
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















