Nəqliyyat
AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video
Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AzParking” üçün ayrılan yeni parklanma zolaqları ərazidə hərəkət probleminə səbəb olub.
Publika.az-ın məlumatına görə, küçənin hər iki tərəfində yaradılan parkinq yerləri yolun artıq dar olan hissəsini daha da məhdudlaşdırıb. Nəticədə isə nəqliyyat axını zəifləyir, xüsusilə pik saatlarda ciddi sıxlıq yaranır.
Parkinq üçün nəzərdə tutulan zolağın bitdiyi nöqtədə yolun daralmasına baxmayaraq, nəqliyyat vasitələrinin yenidən hərəkət hissəsinə çıxaraq park zonasının yaradılması vəziyyəti daha da çətinləşdirir. Yolun dar olması nəzərə alınmadan həyata keçirilən bu yanaşma sürücülər üçün manevr imkanlarını minimuma endirir və təhlükəsiz hərəkəti çətinləşdirir
Böyük ölçülü nəqliyyat vasitələri üçün vəziyyət daha da pisdir. İki avtobusun eyni anda qarşılaşması zamanı yolun dar olması səbəbindən hərəkət mümkün olmur və sürücülər manevr etməkdə çətinlik çəkir. Bu isə qəza riskini artırır.
Foto və videodan da görünür ki, parkinq sisteminin tətbiqi zamanı yol infrastrukturu nəzərə alınmayıb və nəticədə həm ictimai nəqliyyatın, həm də şəxsi avtomobillərin hərəkəti çətinləşib.
Onu da qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini saxlamaq (dayanmaq) qəti qadağandır. Qanun bu tələbi yolun hər iki tərəfinə şamil edir. Burada məqsəd keçidə yaxınlaşan sürücü üçün piyadaların görünməsini təmin etmək və təhlükəsizliyi qorumaqdır. Bu tələbin pozulması inzibati xəta hesab edilir və sürücü qanunvericiliyə uyğun olaraq cərimə edilir.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















