Nəqliyyat
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi xidmətləri ilə bağlı yeni narazılıqlar gündəmə gəlib. Bildirilir ki, bəzi sürücülər müştəriyə zəng edərək gediş haqqının sərfəli olmadığını deyir və sifarişdən imtina etməyi təklif edir. İddialara görə, bunu həm də şirkətlər tapşırır. Ekonom seçim olmadığı halda isə vətəndaş məcbur qalıb komfort, biznes ya da prioritet seçir və bu da qiymət olaraq fərq yaradır.
Taksi bazarında nə baş verir? Sadə vətəndaşlar bu hallarla necə mübarizə aparsın?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov danışıb. O deyib ki, hazırda bazarda təkcə avtomobil deyil, həm də sürücü çatışmazlığı hiss olunur:
“Çünki əsas məsələ onu idarə edəcək sürücünün tapılmasıdır. Bu amil nəqliyyat vasitələrinin rentabelliyinə və xidmətin səmərəliliyinə təsir göstərir. Taksi sifarişi proqramlarında müxtəlif qiymət kateqoriyaları təqdim olunur və sərnişinlər təbii olaraq daha ucuz gedişlərə üstünlük verirlər. Məsələn, eyni marşrut üzrə 5, 8 və ya 15 manatlıq seçim olduqda, əksər hallarda ən ucuz variant seçilir. Lakin bu vəziyyət sahibkar üçün həmişə sərfəli olmur. Çünki taksi sahəsində aparılan islahatlar, kreditlə alınmış avtomobillər, ehtiyat hissələrinin və təmir xərclərinin bahalaşması xidmətin maya dəyərini artırır. Sahibkar qiyməti birbaşa yüksəldə bilmədiyi üçün bunu dolayısı yollarla kompensasiya etməyə çalışır. Nəticədə isə sürücü ilə sərnişin arasında narazılıqlar yaranır. Bu da müxtəlif formalarda taksi xidmətlərinin qiymətlərinə təsir göstərir”.
Ekspert bildirib ki, bu hallar baş verdikdə sərnişin ilk növbədə sifarişi özü ləğv etməməlidir:
“Çünki sifarişi sürücünün ləğv etməsi sistemdə qeydə alınır və şirkət həmin sürücünün fəaliyyəti ilə bağlı araşdırma apara bilir. Vətəndaş belə hallarda tətbiq üzərindən şikayət etməli, zəng və yazışmaların ekran görüntülərini saxlamalıdır. Əgər bu hallar kütləvi xarakter alıbsa, aidiyyəti dövlət qurumlarına da müraciət etmək məqsədəuyğundur. Taksi şirkətləri xidmət keyfiyyətinə nəzarəti gücləndirməli, sürücülərin sərnişinləri daha bahalı tariflərə yönləndirməsinin qarşısını almalıdır. Əks halda, bu cür hallar həm sərnişin məmnuniyyətini azaldır, həm də taksi bazarında sağlam rəqabətə mənfi təsir göstərir”.
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Rəsmi xronika09:04Bakıda mühüm tədbir: İlham Əliyev iştirak edir - Canlı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək















.jpg)
.jpg)










.jpg)








