Nəqliyyat
BDYPİ hərəkət iştirakçılarını məsuliyyətli olmağa çağırdı
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Publika.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir.
Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
- Səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;
- Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;
- Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;
- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlasınlar.
Piyadalardan isə xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun, təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa çalışsınlar.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir












.png)






.jpg)



















