Nəqliyyat
Vitse-prezident: AZAL-a ilk Airbus A321neo təyyarəsinin təqdimatı xüsusi hadisədir
Almaniyanın Hamburq şəhərində yerləşən Airbus konserninin Finkenverder istehsalat kompleksində AZAL-ın ilk Airbus A321neo təyyarəsinin təqdimat və təhvilvermə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Teleqraf-ın Hamburqa ezam olunmuş əməkdaşının məlumatına görə, mərasimdə AZAL, Airbus, AerCap və CFM International şirkətlərinin rəhbər şəxsləri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Airbus-un A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammert AZAL-a ilk Airbus A321neo təyyarəsinin təqdim olunmasını xüsusi hadisə kimi qiymətləndirib.
O bildirib ki, Airbus hər gün iki-üç təyyarə təhvil versə də, bütün təhvilvermələr ayrıca mərasimlə qeyd edilmir:
“AZAL-a ilk Airbus A321neo təyyarəsinin təqdim olunması bizim üçün mühüm mərhələlərdən biridir. Bu təyyarə yanacaq sərfiyyatı, səs-küy səviyyəsi, ekoloji göstəriciləri və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən hesab olunur”, - deyə o vurğulayıb.
Zammert qeyd edib ki, təyyarənin təhvil verilməsi aylarla və hətta illərlə davam edən əməyin nəticəsidir.
Onun sözlərinə görə, Airbus bundan sonra da təyyarənin istismar dövrü ərzində AZAL-a texniki dəstək göstərməyə davam edəcək. Airbus rəsmisi çıxışında Azərbaycanın milli rəmzlərindən olan Xarıbülbül çiçəyinə də toxunaraq bildirib ki, bu simvolun ifadə etdiyi gözəllik, dözümlülük və birlik dəyərləri şirkətin fəlsəfəsi ilə səsləşir. O, həmçinin qeyd edib ki, yeni təyyarə ilk missiyalarından birində Azərbaycanın dövlət bayrağını ölkənin Milli Gün tədbirlərinə daşıyacaq. Qeyd edək ki, Airbus A321neo yeni nəsil CFM LEAP mühərrikləri və Sharklets texnologiyası sayəsində əvvəlki modellərlə müqayisədə təxminən 20 faiz daha az yanacaq sərf edir. 180-220 sərnişin tutumuna malik təyyarənin maksimum uçuş məsafəsi 6800 kilometrdən artıqdır.
Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə AZAL və Airbus arasında 12 yeni təyyarənin alınmasına dair razılaşma əldə olunub. AZAL-ın ilk Airbus A321neo təyyarəsinin təhvil alınması həmin proqramın həyata keçirilməsində mühüm mərhələ hesab olunur.
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir



















.jpg)
























