Nəqliyyat
Dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO
25 iyun – Beynəlxalq Dənizçi Günü və Azərbaycan dənizçilərinin peşə bayramı münasibətilə Bakı Dəniz Vağzalında tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC (ADY), Bakı Beynəlxalq Dəniz Limanı və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəsmi şəxsləri çıxış edib. Çıxışlarda liman əməkdaşlarının, dənizçilərin və dəmiryolçuların birgə peşəkar fəaliyyətinin Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafındakı rolu vurğulanıb.
Tədbir çərçivəsində həmçinin dənizçilərin peşə bayramına həsr edilmiş “Dənizdən limana…” sərgisinin açılışı baş tutub. Müxtəlif foto kompozisiyalarla dənizin gücü, bu gücü ram edən dənizçilərin fədakar əməyi və bu əməyin sahildə davamı nümayiş etdirilir. Fotoların dili ilə dənizdə başlayan hər səfərin limanda yeni mərhələyə qədəm qoyduğu ifadə olunur. Yüklərin təhlükəsiz və fasiləsiz hərəkəti dənizçilərin peşəkarlığı, liman əməkdaşlarının zəhməti və dəmir yolu infrastrukturunun vəhdəti sayəsində mümkün olur. Bu baxımdan Bakı Limanı dənizlə quru arasında etibarlı körpü rolunu oynayır.
Sərgidə Azərbaycan rəssamlarının dəniz mövzusuna həsr olunmuş əsərləri ilə yanaşı, dənizçilərin, liman əməkdaşlarının, həmçinin liman əməliyyatlarının ayrılmaz hissəsi olan dəmiryolçuların fəaliyyətini əks etdirən fotoşəkillər də yer alır.
ADY-nin təşkilatçılığı ilə keçirilən sərgi dəniz nəqliyyatı, liman infrastrukturu və dəmir yolu logistikasının vahid bir sistemi təşkil etdiyini nümayiş etdirir, ölkəmizin nəqliyyat tarixini və bu sahədə çalışan insanların əməyini daha yaxından tanıdır.
Sərgi bir ay ərzində ziyarətçiləri üçün açıq olacaq.
Təntənəli təqdimat və çıxışlarla başlayan, sərginin açılışı ilə davam edən tədbirin sonunda peşə fəaliyyətində fərqlənən liman əməkdaşları təltif olunub, onlara "Fəxri fərman"lar təqdim edilib.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)








.jpg)









