Nəqliyyat
Qatarların hərəkət qrafiki dəyişdirildi
Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.
Publika.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.
Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.
Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)












.jpg)








