Nəqliyyat
ADY rəhbərliyi Rusiya və İranla bu məsələləri müzakirə etdi - Foto
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Rusiya Dəmir Yollarının (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşlər keçirib.
Publika.az xəbər verir ki, görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin və yükdaşımaların artırılması müzakirə olunub.
Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.
Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində həmçinin Rusiyadakı yüköndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub.
Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən “Cargo Tracking” rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb.
Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida

































.jpg)



