Nəqliyyat
Azərbaycan polisi beynəlxalq müsabiqədə uğura imza atdı
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb. Müsabiqədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları iştirak ediblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis kapitanı Emil İbrahimov birinci yeri qazanaraq yarışın qalibi olub.
Qeyd edək ki, bu, Emil İbrahimovun nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən beynəlxalq yarışda da MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülmüşdü. Qaliblərin təltifetmə mərasimində Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







