Nəqliyyat
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirdi
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.
Publika.az bu barədə AZAL-a istinadən xəbər verir.
Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutdu və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olundu.
"Müasir dizaynı və yüksək komfortu ilə seçilən "A321neo" daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır", - məlumatda deyilir.
Qeyd edək ki, AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb. Əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.
Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir.
Uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.
Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







