Nəqliyyat
Gürcüstandakı elektrik problemi Bakı-Tbilisi qatarına da təsir etdi
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında yaranan problem səbəbindən Bakı-Tbilisi qatarının hərəkətində gecikmə baş verib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Publika.az-a bildirilib ki, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24-də və 25-də yerli vaxtla saat 08:00 radələrində Gürcüstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. Nasazlıq paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib. Elektrik enerjisinin verilişində yaranan genişmiqyaslı fasiləyə səbəb 500 kilovoltluq "İmereti" elektrik ötürmə xəttinin sıradan çıxması olub.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


































