Nəqliyyat
“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
Azərbaycan Dəmir Yollarının “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayı ilə hər gün sərnişinlərin səyahətini daha rahat, sürətli və əlçatan edir.
Publika.az xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.
Son illərdə “ADY Mobile” üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11%-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə yüksəlib.
Tətbiqdə təqdim olunan SİMA Pay – üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minə yaxın istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.
“ADY Mobile” istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin SİMA Pay, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.
Qarşıdakı dövrdə də “ADY Mobile”ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)















