Nəqliyyat
İranla avtomobillərin sinxron buraxılması müzakirə edildi - FOTO
Azərbaycan və İran praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə edib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İranın Biləsuvar şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, bu ölkənin Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşdə aparılıb.
Məlumata əsasən, görüş zamanı operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub. Tədbirin sonunda görüşün protokolu imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycandakı Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)















