Nəqliyyat
Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir
Azərbaycan Dəmir Yolları Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.
Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.
Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə “Böyük Qayıdış” prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)















