Nəqliyyat
Yeni tunellərin tikintisi planlaşdırılandan tez başa çata bilər - Bakı metrosundan açıqlama
Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.
Publika.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində "Nizami"–"28 May" arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu müddətdə "Yaşıl xətt" üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız "Nizami" stansiyasına qədər təşkil ediləcək.
B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri "Yaşıl" və "Qırmızı" xətlərin "28 May" stansiyasında kəsişərək birləşməsidir:
"Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir".
Onun sözlərinə görə, ilk olaraq "Dərnəgül" stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq:
"Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.
"28 May" stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür".
B. Məmmədovun qeyd edib ki, tikinti dövründə "Qırmızı xətt" üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar "İçərişəhər" – "Həzi Aslanov" marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May" stansiyası da normal rejimdə işləyəcək. Lakin "28 May"–"Nizami" istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən "Yaşıl xətt" üzrə qatarlar müvəqqəti olaraq "Dərnəgül"–"Nizami" marşrutu üzrə hərəkət edəcək.
Layihə tamamlandıqdan sonra isə qatarlar "Dərnəgül"–"Nizami"–"Cəfər Cabbarlı"–"Xətai" marşrutu ilə hərəkət edəcək.
B.Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər "Yaşıl xətt"dən "Qırmızı xətt"ə "Cəfər Cabbarlı"–"28 May" keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May"–"Cəfər Cabbarlı" piyada keçidlərindən istifadə edə biləcəklər.
Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.
Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək:
"Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur. Bu məqsədlə "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, "Xətai" stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək".
-
Ekologiya18:30Əhali sayı sürətlə azaldılmalıdır... - Qorxunc plan
-
Nida Xəbər 14:30ABŞ-ın xüsusi elçisi İrəvanda - Zəngəzur dəhlizinə xüsusi diqqət
-
Rəsmi xronika13:20İlham Əliyev sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı dəyişiklikləri təsdiqlədi
-
Region10:53Türk aşpaz Ruben Rubinyanı Adanaya dəvət etdi: Kabab yeyək, sülh əldə edək
-
İdman10:15Blatterdən sensasion təklif: FİFA prezidenti bu qadın olmalıdır - FOTO
-
MDB10:02Tulada “Wildberries” mərkəzi vuruldu - Yanır
-
Kriminal09:50Qalmaqal: Polislər qadınları izləmək üçün gizli sistemdən istifadə ediblər
-
Magazin208:36Prodüser Kanye Uesti məhkəməyə verdi - İki iddia var












.jpg)

.webp)

















.jpg)
.jpg)







