Nəqliyyat
BDYPİ sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən etibarən ölkənin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi gözlənilir.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacaq, bəzi yerlərdə yağıntılar leysan xarakterli və intensiv olacaq.
BDYPİ sürücüləri hava və yol şəraitini nəzərə almağa, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmağa çağırıb.
Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürətin azaldılması, avtomobillər arasında ara məsafəsinin artırılması, qəfil manevr və kəskin tormozlamalardan çəkinilməsi, işıq cihazlarından düzgün istifadə edilməsi tövsiyə olunub.
Piyadalara da yağışlı havada daha diqqətli olmaları tövsiyə edilib. Qeyd olunub ki, yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması avtomobillərin dayanma məsafəsini artıra bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkət hissəsinə qəfil çıxmamalı və yolu keçərkən diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.
“Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq”, – müraciətdə bildirilib.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)





















