Nəqliyyat
Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
Bakı Metropoliteninin xətlərinin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin tam məhdudlaşdırılması ilə əlaqədar sərnişinlərin daşınmasının təmin olunması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, bu proses 11 ay davam edəcək və həmin müddətdə sərnişinlərin məlumatlandırılması, avtobus marşrutlarının təşkili və sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
“Əlavə avtobusların ayrılması ilə intervalların tənzimlənməsi və artacaq sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu məqamda da Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi monitorinqlərini davamlı olaraq həyata keçirəcək. Yeni tədris mövsümünün başlanmasına gəlincə, bunu bir sınaq dövrü kimi qəbul edirik”, - deyə B. Məmmədov qeyd edib.
O bildirib ki, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün Bakı Metropoliteni tərəfindən stansiyaların girişlərində əlavə məlumatlandırma tədbirləri həyata keçirilir.
“Nizami metro stansiyanın girişində Bakı Metropoliteninin könüllüləri sərnişinlərə yaxınlaşaraq onları məlumatlandırırlar, avtobus marşrutları barədə məlumatları təqdim edirlər. Eyni zamanda, Bakı Metropoliteni işçiləri də müxtəlif stansiyalarda əlavə məlumatlandırma tədbiri kimi işə cəlb olunublar və onlar da sərnişinlərin tam məlumatlı olması, Bakı Metropoliteni stansiyasından və yaxud da ekspres avtobuslardan necə istifadə etməsi barədə məlumatları təqdim edirlər”, - deyə QSC-nin rəsmisi diqqətə çatdırıb.(Azərtac)
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)





















