Nəqliyyat
“28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, “İçərişəhər-Həzi Aslanov” istiqamətində qatarların hərəkətində heç bir dəyişiklik olmayacağını diqqətə çatdırıb: “28 May” stansiyası öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Yəni sərnişinlərin giriş-çıxışı təmin olunacaq”.
Bəxtiyar Məmmədov deyib ki, xətlərin ayrılması prosesi başa çatdıqdan sonra “Dərnəgül-Nizami” istiqamətində qatarların hərəkəti müstəqil xətt üzrə təmin ediləcək və sərnişinlərin yaşıl və qırmızı xətlər arasında keçidi “28 May” və “Cəfər Cabbarlı” stansiyaları vasitəsilə həyata keçiriləcək.
O əlavə edib ki, bu keçidin sərnişinlər üçün daha rahat təşkili məqsədilə “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada keçidinin istifadəyə verilməsi nəzərdə tutulur.
“Təxminən sentyabr ayının sonuna qədər Bakı Metropolitenində “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada pilləkən istifadəyə veriləcək ki, sərnişinlərimizin maksimal rahatlığı təmin olunsun, xüsusən də xətlərin ayrıldığı dövrdə axınların qarışmaması təmin olunsun”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.(Azərtac)
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)





















