Nəqliyyat
Bəxtiyar Məmmədov: "Minimal interval maksimum 2 dəqiqə olacaq"
“Bakı Metropoliteni”ndə 2028-ci ildə yeni depo infrastrukturunun inşası başa çatdırılandan sonra “Qırmızı xətt” üzrə qatarlar arasında intervalın maksimum 2 dəqiqəyədək azaldılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu, Bakı metrosunda sərnişin sıxlığının azaldılması və dünya praktikasında böyük şəhərlər üçün vacib hesab olunan minimal intervalların təmin edilməsi baxımından mühüm mərhələ olacaq.
“2028-ci ildə “İçərişəhər” istiqamətində deponun inşası ilə bağlı nəzərdə olunan işlər başa çatdırılacaq və ondan sonra “Qırmızı xətt”də bütün dünya praktikasına və böyüyən şəhərlər üçün vacib olan ən minimal intervalların təmin edilməsi istiqamətində işlər yekunlaşdırılmış olacaq. Yəni minimal interval maksimum 2 dəqiqədən ibarət olacaq”, - deyə Bəxtiyar Məmmədov diqqətə çatdırıb.
O qeyd edib ki, gələcəkdə “Yaşıl xətt” üzrə də intervalın əhəmiyyətli dərəcədə azaldılması mümkün olacaq.
““Yaşıl xətt” üzrə “Xətai” stansiyasından sonra iki stansiya inşa edilərək depo infrastrukturu ilə təmin olunandan sonra həmin istiqamətdə maksimal interval 3 dəqiqəyə qədər olacaq”, - deyə QSC-nin rəsmisi vurğulayıb.
Bəxtiyar Məmmədov deyib ki, bu dəyişikliklər “Bakı Metropoliteni”nin qarşıdakı dövr üçün əsas prioritetlərindən biri olan sərnişinlərin tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək:“Bir sözlə, qarşıdakı dövrdə “Bakı Metropoliteni”nin əsas vəzifəsi sərnişinlərin tələbatı mənzərəsində intervalları və sıxlığı azaltmaqdır”.
QSC-nin rəsmisinin sözlərinə görə, dövlət proqramına uyğun olaraq 10 yeni stansiyanın inşası və xətlər arasında keçidlərin yaradılması nəticəsində Bakı metrosunun bütün xətlərinin bir-biri ilə inteqrasiyası tam təmin ediləcək.
“Şəhərin mərkəzindən ətrafına doğru sərnişinlərimizin hərəkəti baxımından yerin altında kifayət qədər istiqamətlər təşkil olunacaq. Yəni sərnişin özü seçim etməyə başlayacaq”, - deyə Bəxtiyar Məmmədov bildirib.
O vurğulayıb ki, bu, Bakıda nəqliyyatda rahatlığın artırılması baxımından mühüm layihələrdən birinə çevriləcək.(Azərtac)
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)





















