Nəqliyyat
"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
"60 illik tarixə malik olan metropoliten özündə dəyişikliklər aparır. Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət bir addımdır".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.
O bildirib ki, görüləcək işlər fonunda ekspress marşrutların buraxılması sərnişinlər üçün sevindirici haldır:
"Metronun “Nizami”- “28 May” stansiyaları arasında mövcud olan tunel ləğv ediləcək, əvəzində isə “Nizami”–“Cəfər Cabbarlı” istiqamətində yeni tunel inşa olunacaq. 11 ay ərzində bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq. Digər istiqamətlərdə - “İçərişəhər”- “Həzi Aslanov” istiqamətində qatarlar adi rejimdə hərəkət edəcək. Yəni metronun “28 May” stansiyası bağlanmayacaq. M1-dən M6-ya qədər yeni ekspress avtobus marşrutları artıq xəttə buraxılıb. Sərnişinlər üçün bu sevindirici haldır.
60 illik tarixə malik olan metropoliten özündə dəyişikliklər aparır. Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət bir addımdır".

Onun sözlərinə görə, bu işlərə tədris müddətinin başa çatdığı dövrdən başlansaydı daha yaxşı olardı:
"Ən azı 11 ayın 3 ayını burada itirmiş olardıq və 8 ay müddətinə artıq məhdudiyyətlər tətbiq olunardı. Düşünürəm ki, sərnişin daşınması üçün M1-dən M6-ya qədər ayrılan ekspress avtobuslarda müəyyən sıxlıqlar müşahidə oluna bilər.
Çünki yerüstü nəqliyyatla metropolitenin hərəkəti tamamilə fərqlidir. Nəzərə alsaq ki, şəhərin infrastrukturu standartlara uyğun olmayan zolaqlardan tutmuş, tikinti norma və qaydalarına uyğun yol enliyinə, avtobus zolaqlarına qədər bir çox hallarda normal vəziyyətdə olmur. Digər sürücülər tərəfindən və yaxud da döngələrdə, işıqforlarda dönməsinə maneələrin yaranması nəticəsində bu ekspress avtobuslar metropoliten kimi işləməyəcək. Yəni, orada sıxlıq və tıxaclar səbəbindən ləngimələr olacaq. Biz ümid edirik ki, işlərin 11 ay davam edəcəyi deyilsə də, daha qısa müddətdə bu məsələ öz həllini tapacaq".
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat14:14Metroda sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?


































