Nəqliyyat
Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi
Rusiyada təyyarə salonundakı tüstü detektorunun işə düşməsinə görə həyəcanlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb. Qeyd edilib ki, tüstülənmə qəhvə hazırlayan cihazda baş verib. Pilotlar təyyarəni Ufada endirməyə məcbur olublar.
Qeyd edilib ki, Tümendən Bakıya uçan Boeing 737-500 təyyarəsi Roşino hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra "Pan-Pan" siqnalı verib.
Həmin anda stüardessalar təyyarənin arxa hissəsindəki mətbəxdə qəhvə hazırlamağa başlayıblarmış: "İlkin məlumatlara görə, həyəcan siqnalına səbəb qəhvə maşınının qoruyucu qutusundan gələn qoxu olub".
Təyyarənin əvvəlcə Çelyabinskdə təcili eniş etməsi planlaşdırılırmış. Lakin pilotlar bunu edə bilməyiblər. "Boeing" sonda Ufada eniş edib. Bir müddət sonra təyyarə uçuşunu davam etdirib.
Müəllif: Tural
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)





















