Nəqliyyat
Azərbaycan istiqamətində yeni yol: Tender müddəti uzadıldı
Gürcüstanda Tbilisi dolama yolunun 4-cü və 5-ci lotlarının tikintisi üzrə beynəlxalq tenderin müddəti uzadılıb.
Publika.az Report-a istindən xəbər verir ki, Gürcüstan Yollar Departamentinin elan etdiyi tender üzrə təkliflərin qəbulu üçün son tarix 14 sentyabr müəyyən edilib. İlkin son tarix avqustun 6-sı olub. Tenderlər iyunun 19-da elan edilib.
Layihənin Azərbaycan istiqaməti üçün xüsusi əhəmiyyət daşıyan 5-ci lotu Tbilisi dolama yolunun cənub hissəsini təşkil edir. 10,2 kilometr uzunluğunda olacaq bu yol E60 beynəlxalq avtomobil yolunu Azərbaycan istiqamətində Kaxeti avtomobil yolu ilə birləşdirəcək. Bununla Rustavi, Tbilisinin şərq hissəsi, Tbilisi Beynəlxalq Hava Limanı və yeni sənaye zonaları arasında daha sürətli nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur.
5-ci lot çərçivəsində mövcud yolun genişləndirilməsi və iki istiqamətli, hər istiqamətdə iki zolaqdan ibarət avtomobil yolunun inşası planlaşdırılır. Yolun layihə sürəti saatda 120 kilometr olacaq. Bu hissədə üç ikiqat körpü, üç tək körpü və iki çoxsəviyyəli yol qovşağının tikintisi nəzərdə tutulur. Tikinti müddəti 20 ay müəyyən edilib.
4-cü lot isə təxminən 8,7 kilometr uzunluğunda olacaq və Tbilisi dolama yolunu Loçini nəqliyyat qovşağı ilə birləşdirəcək. Hava limanından Loçiniyə qədər olan hissənin 3+3 zolağa genişləndirilməsi, digər hissədə isə ikitərəfli magistralın inşası nəzərdə tutulur. Burada da layihə sürəti saatda 120 kilometr olacaq. Tikinti müddəti 30 ay müəyyən edilib.
4-cü və 5-ci lotların ümumi dəyəri 250 milyon ABŞ dollarıdır. Layihələr Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək.
Tbilisi dolama yolu Nataxtari/Tsitsamuri–Rustavi istiqamətində təxminən 49 kilometr uzunluğunda olacaq və Şərq-Qərb beynəlxalq magistralının (E60) mühüm hissəsini təşkil edəcək.
Layihənin Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan istiqamətindən Gürcüstana daxil olan tranzit nəqliyyatının Tbilisinin şəhər yollarına düşən yükü azaltmaqla Rustavi, Kaxeti və digər istiqamətlərə daha səmərəli yönləndirilməsi mümkün olacaq. Bu isə Azərbaycan-Gürcüstan nəqliyyat əlaqələrinin və regiondakı tranzit marşrutlarının inkişafına əlavə imkan yaradacaq.
Qeyd edək ki, dolama yolunun 3-cü hissəsi Avçala-Hava Limanı istiqamətində 22,5 kilometrlik yolun tikintisi üzrə tender artıq başa çatıb. Tenderdə 8 şirkət iştirak edib, hazırda təkliflər qiymətləndirilir. Satınalmanın təxmini dəyəri 932 milyon lari təşkil edir.
-
Dünya05:15İranın ABŞ hərbçilərini izləmək üçün istifadə etdiyi inanılmaz üsul
-
Qoroskop00:45Günün ulduz falı: romantik anlar yaşana bilər
-
Elm və təhsil16 Avqust 22:16Vəzifəyə yeni təyin olunmuşdu: vəfat etdi - Foto
-
Magazin216 Avqust 21:15Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
İdman16 Avqust 20:18Ronaldo rəsmən açıqladı: Karyerasını bitirir
-
Sosial16 Avqust 20:04Azərbaycanın iki rayonuna Bakıdan axın başladı
-
Region16 Avqust 17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16 Avqust 16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı














.webp)



















