Nəqliyyat
"TikTok"a görə dəhşətli qəza törətdi, qızıl tabutda dəfn edildi - VİDEO+FOTOLAR
Böyük Britaniyada ağır yol qəzasına səbəb olan 15 yaşlı yeniyetmə qızıl tabutda dəfn edilib.
Publika.az xəbər verir ki, bu barədə "Metro" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, dəfn mərasiminə gələnlər üzərində mərhumun şəkli olan ağ köynək geyiniblər. Quraşdırılan böyük ekranda isə onun həyatından bəhs edən video və fotolar nümayiş etdirilib.
Qəzetin məlumatına görə, yeniyetmə dostları ilə "TikTok" üçün video çəkməyi planlaşdırırmış. O, sosial şəbəkə hesabına baxış sayı toplayan video yerləşdirmək üçün BMW oğurlayıb. Yeniyetmələr idarəetməni itiriblər və qarşı yola çıxaraq başqa avtomobillə toqquşublar. Həmin avtomobildə isə sürücü ailəsini aparırmş. Fəal TikTok istifadəçiləri olan yeniyetmələr həlak olublar, digər avtomobildəki sərnişinlər isə ağır yaralanıblar.
"Metro"nun məqaləsində o da vurğulanıb ki, avtomobil oğurlayan yeniyetmələr polis bölməsinə düşəcəklərindən belə narahat deyilmişlər. Çünki onlar əvvəlcədən bilirlərmiş ki, Britaniya ədliyyə sisteminə görə yetkinlik yaşına çatmayanlara cəza verilə bilmir.
Dəhşətli qəzadan sonra Britaniya siyasətçiləri sosial media platformalarını avtomobillərin təhlükəli sürülməsini əks etdirən məzmunları məhdudlaşdırmamaqda və ya dərhal silmədikləri üçün tənqid ediblər. "TikTok" nümayəndələri isə bu cür videoların internetdə yayılmasını araşdıran parlament komitəsi qarşısında açıq ifadə verməkdən imtina ediblər və bunun əvəzinə qapalı brifinq təklif ediblər.
Müəllif: Tural
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































