Nəqliyyat
Mehdiabad yolunda sıxlıq belə azaldılacaq - Video
Pik saatlarda sürücülərin vaxtını alan Binəqədi şosesindəki sıxlığın azaldılması üçün yol hərəkətinin təşkili dəyişdirilir.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Yerüstü Nəqliyyat Agentliyinin apardığı təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində nəqliyyat axınının buraxıcılıq qabiliyyətinin aşağı olduğu müəyyən edilib. Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə hazırlanan layihəyə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılıb və layihə qəbul olunub. Yeni hərəkət sxemi çərçivəsində kəsişmələrdə nəqliyyat axını daha səmərəli şəkildə istiqamətləndiriləcək.
Bu dəyişikliklərin əsas məqsədi həm yolun buraxıcılıq qabiliyyətini artırmaq, həm də müxtəlif istiqamətlərdən gələn avtomobillərin yaratdığı münaqişəli nöqtələri minimuma endirməkdir. Tural Orucov deyir ki, bütün bunlar pik saatlarında yaranan sıxlığı azaltmağa hesablanıb.
Bununla da Binəqədi şosesinin həmin hissəsində xüsusilə pik saatlarda yaranan sıxlığın azalacağı və nəqliyyatın daha sürətli hərəkət edəcəyi gözlənilir. Layihənin icrasına yaxın günlərdə başlanacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































