Nəqliyyat
Avtobuslarda ödəniş sistemi dəyişir: Nə qədər ödəyəcəyik?
Azərbaycanda sərnişin avtobusları üçün tətbiqinə başlanılan “brutto müqavilə” modelinin ictimai nəqliyyatın keyfiyyətinə təsiri müəyyən müddət keçdikdən sonra qiymətləndirilə bilər.
Publika.az xəbər verir ki, bunu BakuPost-a iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, yeni sistemin nəticələrini dəyərləndirmək üçün ən azı iki ay gözləmək lazımdır.
Onun sözlərinə görə, Azərbaycanda avtobus sisteminin böyük hissəsi “BakuBus”ın nəzarətindədir və şirkət dövlət müəssisəsi olduğu üçün dövlət tərəfindən maliyyələşdirilir.
Ekspert qeyd edib ki, “brutto müqavilə” modeli bir sıra ölkələrdə də tətbiq olunur. Lakin həmin ölkələrdə bu cür müqavilələri əsasən bələdiyyələr bağlayır və avtobus xidmətləri onların səlahiyyətində olur.
N.Cəfərli bildirib ki, Azərbaycanda sistemin necə işləyəcəyi və hansı nəticələr verəcəyi yalnız müəyyən müddət keçdikdən sonra məlum olacaq.
Qeyd edək ki, “brutto müqavilə” modelində daşıyıcılara sərnişin sayından asılı olmayaraq, qət etdikləri məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir.
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















