Nəqliyyat
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar
10 sentyabrda – Bakıda “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günü Bakı Beynəlxalq Dəniz Limanında baş tutub.
Publika.az xəbər verir ki, konfrans çərçivəsində texniki sessiyalar, işitrakçıların Bakı Beynəlxalq Dəniz Limanına səfəri və limanda tətbiq edilən innovativ və dayanıqlı həllərin təqdimatı olub.
İştirakçılar üçün “İnnovasiyanın fəaliyyətdə nümayişi” mövzusunda sahə gəzintisi təşkil olunub. Bakı Limanının Ümumi Yük və Ro-Ro terminallarına baxış keçirilib, həmçinin limanın rəqəmsal idarəetmə və təhlükəsizlik sistemlərinin fəaliyyəti nümayiş etdirilib. İştirakçılara Limanın İdarəetmə Mərkəzinin (Control Room) və Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə də tanış olmaq imkanı yaradılıb.
Daha sonra Bakı Limanının rəhbərliyi ilə interaktiv sessiya təşkil edilib. Sessiya zamanı limanın fəaliyyəti, inkişaf perspektivləri və regional nəqliyyat-logistika sistemində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin növbəti hissəsində “Yaşıl Liman” mövzusunda daha bir sessiya keçirilib. Sessiya çərçivəsində Bakı Limanı haqqında ümumi məlumat təqdim olunub, həmçinin “Yaşıl Nəqliyyat” və “Yaşıl Liman” konsepsiyalarının tətbiqi, dayanıqlı logistika və ekoloji səmərəliliyin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü













.webp)




























.jpg)







.jpg)



