Nəqliyyat
AYNA "Gənclik"də yolu bağlayıb: Atatürk prospektində müəmmalı tikinti - FOTO/VİDEO
“Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışında sərnişinlərin və sürücülərin narazılığına səbəb olan maraqlı mənzərə yaranıb. Köhnə avtobus dayanacağı sökülüb, lakin yenisi əvvəlki yerdə deyil, birbaşa yolun hərəkət hissəsində inşa olunur.
Publika.az xəbər verir ki, məsələnin diqqətçəkən tərəfi odur ki, dəyişiklikdən sonra sərnişinlər yeni tikilən yerdə gözləyəcək, avtobuslar isə yolun daha irəli hissəsində saxlayacaq. Nəticədə iki hərəkət zolağı faktiki olaraq nəqliyyatın üzünə bağlanacaq. Köhnə dayanacağın yerinin isə boş qalması və buranın hansı məqsədlə saxlanıldığı ciddi suallar doğurur.
Hazırda ərazidə olan sərnişinlər məhz nəqliyyatın hərəkət zolağında ayaqüstə dayanaraq avtobus gözləməli olurlar. Onsuz da pik saatlarda tıxacın müşahidə olunduğu Atatürk prospektində iki zolağın zəbt edilməsi vəziyyəti daha da pisləşdirəcək. Maraqlıdır, köhnə dayanacaq yeri qala-qala yolun hərəkət hissəsinin zəbt edilməsində AYNA-nın məqsədi nədir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Publika.az-ın sorğusuna cavab olaraq bildirildi ki, işlər sərnişinlərin rahatlığı üçündür. Lakin köhnə yerin boş qalmasının səbəbi və orada nə tikiləcəyi ilə bağlı suallara qurumun sözçüsü Tural Orucov müəmmalı mövqe sərgilədi: “Dəqiq harada nəyin olacağı ilə layihə bitəndə tanış ola bilərsiniz”.
Akqabay
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir






































